Ölkə

Şəhid Mübariz Məmmədovun nəşinin qalıqları dəfn edildi

Bu gün 1-ci Qarabağ müharibəsində itkin düşmüş və eyniləşdirilmiş şəhid Məmmədov Mübariz İlyas oğlunun nəşinin qalıqları dəfn olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhid Mübariz Məmmədov Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Mübariz Məmmədov 13.08.1966-cı il tarixdə Tovuz şəhərində doğulub, 29.09.1992-ci il tarixdə Ağdam şəhəri Sırxavənd kəndində itkin düşüb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button