Ölkə

Rayonlarda pensiya ödənişi niyə gecikir?

Bölgələrdə pensiya verilişinin gecikməsi ilə bağlı məlumatlar yayılıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bu barədə “Qafqazinfo”ya Göyçay sakini Mikayıl Hacıyev də müraciət edib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda pensiyaların verilməsi vaxtında təmin olunsa da, rayonlarda bu sahədə problem yaşanır: “İki aydır ki, pensiyalar ən azı 5-6 gün gecikmə ilə verilir. Bilmirik, bu gecikmənin səbəbi nədir”.

Sosial şəbəkələrdə də rayonlarda bir neçə aydır, pensiya ödənişlərində gecikmələrin olması ilə bağlı şikayətlərə rast gəlinir. 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, pensiya ödənişi ilə bağlı hər hansı gecikmə olmur: “Həm Bakı, həm də rayonlar üzrə pensiyaların ödənilməsində heç bir gecikmə yoxdur. Hər ay öncədən nəzərdə tutulmuş qrafikə uyğun olaraq cari ayın pensiyaları ödənilir”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button