Ölkə

“İmarət” kompleksində Qarabağ atları nümayiş olunacaq

“İmarət” kompleksi bir neçə hissədən ibarətdir. Kompleksə daxil olan qədim qəbirstanlıq hissəsi, türbələr, Xurşidbanu Natəvanın abidəsi, Pənahəli xanın mərasim evi hazırda muzey kimi fəaliyyət göstərir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən “İmarət” kompleksinin işçi qrupunun üzvü Nərgiz Abdullayeva deyib.

O qeyd edib ki, kompleks işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılıb.

“Qəbistanlıqda olan bütün qəbirdaşları və türbələr tamamilə dağıdılmışdı. Hazırda muzey kompleksində müxtəlif zallarda Qarabağ xanlığı haqqında tarixi faktlar, kompeksin işğal dövründə və sonraki dövrünü əks etdirən fotolar nümayiş etdirilib. Eyni zamanda ərazidə atlar üçün xüsusi park yaradılıb. Bu parkda mütəmadi olaraq, Qarabağ atlarının nümayişi, auksionu, müxtəlif təlimləri təşkil olunacaq. Artıq kompleks ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər”, – deyə o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button