Gəncədə partlayış baş verən evdən FOTOlar
10:40
Gəncədə qaz sızması nəticəsində mənzildə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs 1940-cı il təvəllüdlü Povlina Şamil qızı Orucovadır.
Partlayış baş verən həmin evdən fotoları təqdim edirik:
————
10:05
Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Partlayış zamanı 84 yaşlı Orucova Paxlinanın yüngül xəsarət aldığı bildirilir.
Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.
Araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun