İqtisadiyyat
Qısa müddət ərzində minimum əmək haqqı 270 faiz artıb
Qısa müddət ərzində minimum əmək haqqı 270 faiz artıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılışı zamanı deyib.
“Qısa müddət ərzində minimum əmək haqqı 270 faiz artıb. Həmçinin bu cür artımları digər istiqamətlərdə də görürük. Bütün bunlar hər il 7 milyardlıq bir məbləğin həssas təbəqəyə dövlət tərəfindən ödənməsi deməkdir. Bu, böyük bir məsuliyyətdir ki, bu məsuliyyət də Prezident İlham Əliyevə məxsusdur”, – nazir əlavə edib.
Milli.Az