Ölkə

Türkana bahalı maşın hədiyyə edildi

Müğənni Türkan Vəlizadə “Rəngarang” verilişində canlı yayımda ona hədiyyə edilən bahalı avtomobili qəbul etməyib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, Türkan Vəlizadə bu sözləri deyib: “Məni ciddi sevən insan hədiyyəni göndərməz. Hədiyyəni təklikdə bağışlayarlar. Mənə əsl hədiyyə sevgidir. Əsas saf sevgidir və insana qalacaq ailə həyatıdır. Bu avtomobili qəbul edə bilmərəm.

Avtomobili mənə hədiyyə etməyə ehtiyac yoxdur. O qədər kasıb ailələr, ehtiyacı olan insanlar var ki, avtomobili onlara hədiyyə etsinlər. Mən səsimlə, sənətimlə pulumu qazanıram”.

Türkan Vəlizadə bildirib ki, onun üçün əsas ailə həyatı qurmaqdır: “Başqa məni heç nə maraqlandırmır”

Aparıcı Zaur Nəbioğlu isə müğənniyə “Bütün borclarını bağlaya bilərsən. Avtomobilin 200-300 minlik qiyməti var”, – deyə replika verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button