Ölkə

Məşhur bloqeri döyüb, motosikletini əlindən almaq istədilər

Moskvada məşhur rusiyalı motobloqer Anna Makarenkovaya onun “Ducati Panigale” markalı motosikletini oğurlamaq cəhdi ilə hücum olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,bu barədə gənc qızın özü sosial şəbəkə hesabından xəbər verib.

Bloqer, həmçinin, hadisə anının və aldığı xəsarətlərin görüntüsünü paylaşıb.

Gənc qızın sözlərinə görə, hadisə evinin yaxınlığında baş verib: boz kostyumlu bir kişi yaxınlaşaraq onu itələyib və motosikleti qaçırmağa çalışıb. Lakin bloqer mübarizə aparıb.

Qarətçi qənimətin əlindən çıxdığını görərək, Annanın telefonunu əlindən alıb, onu bıçaqla hədələyib, bibər spreyi çıxarıb və gözlərinə sıxmağa çalışıb, lakin qız dərhal dəbilqəsinin sipərini bağlayaraq gözlərini xilas edib.

Nəticədə cinayətkar qaçmağa məcbur olub.

Anna aldığı xəsarətlərdən əlavə, motosikletin ən azı 500 min rubl (9,1 min manat) məbləğlik təmirə ehtiyacı olduğunu vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button