Ölkə

9 qardaşı öldü, qəbrində quzu basdırdılar…

Dünən məşhur şair Məmməd Aslanın anım günü idi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az kulis.az-a istinadən bu münasibətlə şairin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Məmməd Aslan Azərbaycan xalq dilini ən yaxşı bilən beş-üç şairdən biri hesab olunurdu.

***

9 qardaşı olub, hamısı dünyasını dəyişib. Bir doğma bacısı olub – Əzizə, bir də ata bir, ana ayrı Xublar adlı bacısı. Ögey bacısına şeiri də var: “Bacım Xublara məktub”. Deyirmiş, onu heç vaxt ögey hiss eləməmişəm.

***

Qardaşları kimi ölməsin deyə ona qurban deyib basdırıblar. Öz qəbrimi görmüşəm deyir Məmməd Aslan: “Molla atama deyib, uşaq doğulanda bir nal götür, qayanın birinə çırp, harda batdısa, orda qalsın, gəlib-keçəndə şükranınızı bildirin, dua oxuyun, oğlunuzu qoruyacaq. Sonra deyib, gedin Bərdədəki İmamzadədə yüyrük asın, uşağı ora tapşırın. Üçüncü məsləhəti isə belə olub ki, üçgünlük olanda tərəzinin bir gözünə uşağı, o biri gözünə bir quzu qoyun, quzunu kəsib bir qəbirdə basdırın, uşağın bəlalarını aparacaq!”

***

İki dəfə ailə həyatı qurub. Hər ikisindən ayrılıb. Öz şəxsi həyatını gündəmə gətirməyi sevməzmiş. Bu haqda yalnız bunları söyləyib:

“Boşanmağımla bağlı kimsəyə heç nə deməmişəm. Ən yaxın qohumlara da.”

***

Xanımlarla yola getməməsi haqda maraqlı bir əhvalatı da var. Deyir, AzTV-də onun haqqında film çəkmək istəyirlərmiş. Sədr Nizami Xudiyev bir xanım rejissoru məsləhət görür. Məmməd Aslanın cavabı hamını güldürür:

– Məndən film çəkmək işini boynuna götürdüyü üçün bu xanıma minnətdaram, amma bilsin ki, mən qadınlarla yola getsəydim, arvadım olardı.

***

Amma sevdiyi qadınları, necə deyərlər, dəlicəsinə sevib. Özü də bunu təsdiq edib:

“Sevəndə dəlicəsinə sevmişəm”.

Sonra isə təəssüflə əlavə edib:

“Amma indi Allahdan başqa sevdiyim yoxdur”.

***

Sağ gözü 10 faiz görürmüş. Əməliyyat olunub. Dediyinə görə, onu italyan həkim kor eləyibmiş:

“Məni aldatdılar. Çox təriflədilər həkimi. Əməliyyat 15 dəqiqə çəkəcək dedi, 2 saat sürdü…”

***

Heç vaxt kitablarını satışa vermirmiş. Həmişə dostlarına paylayırmış. Yalnız kitab qədri bilən dostlarına…

***

Ağac mövzusunda 500 səhifəlik kitab yazıb. Adı da “Adəmdən günümüzə ağac”.

***

Səpib göyərdərəm sözü, kəlməni

Ayrı sənətim yox, ayrı işim yox

Tanıtsa bir misram tanıdar məni

Ayrı sənədim yox, arayışım yox

Bu şeir üç bənddir. Məmməd Aslan bu şeiri 3 ilə yazıb. Uyğun qafiyə tapa bilmirmiş.

***

İçkini heç vaxt yüz qramdan artıq içməyib. Şəkər xəstəliyini tapanda 100 qramı 30 qram eləyib. Deyirmiş, içki daxili orqanları hərəkətə gətirir.

***

Ən çox oxuduğu iki şair olub. Onların kitabı heç vaxt əlindən düşməzmiş. Aşıq Ələsgər və Füzuli. Özü bu haqda deyirmiş:

“Möminlərin bir qibləsi var, şairlərin iki: Füzuli və Aşıq Ələsgər.”

***

Ən böyük arzusu Kəlbəcəri görmək imiş. Deyirmiş, heç olmasa, ölümümdən əvvəl bir anlığa Murovun başından Kəlbəcərə baxa biləydim…

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button