Ölkə

Xocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA

“Xocalı prospektində avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

“Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib. Həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil.

Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Xocalı prospektində aparılan yeni xətlənmələrin sürücülərin narazılığına səbəb olması ilə bağlı məlumat vermişdik.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button