Ölkə

Sumqayıtda məktəbi bitə görə dərmanladılar: Şagirdlər zəhərləndilər

“Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit-birə basıb. Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərlənib”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.az xəbər verir ki, bu barədə Bakupost.az-a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildiriblər.

Övladı məktəbdə zəhərlənən valideyn deyib:

“Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki, uşaqların halı pisləşər. 6-7 saat orada qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir”.

Valideynlər bir məsələdən də şikayətçidirlər.

İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button