Ölkə

Yeni təhlükəsizlik arxitekturası formalaşmalıdır

Müasir şəraitdə mövcud olan silahlı münaqişələr, dünyanın müxtəlif cöğrafi nöqtələrində meydana çıxan təhlükəli beynəlxalq böhranlar, terror təhdidləri əyani formada sübut edir ki, əsasını BMT-nin mexanizmləri təşkil edən beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi rejimi öz səmərəliliyini və preventiv potensialını itirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında qeyd etmişdir ki, “Ikinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Beynəlxalq birlik tərəfindən 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğal altında olmasına, mülki əhaliyə qarşı sil-silə beynəlxalq cinayətlərin – soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinin törədilməsinə, xalqımızın mədəni irsinin amansızcasına məhv edilməsinə, ölkəmizin ekoloji sisteminə bərpa edilməyən ziyanın vurulmasına göz yumulması, işğalçı Ermənistana qarşı heç bir təzyiq göstərilməməsi beynəlxalq miqyasda hökm sürən selektiv yanaşmanın bariz nümunəsi olmuşdur.

Universal beynəlxalq  qurum – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamənin yalnız kağız üzərində qalması beynəlxalq təhlükəsizlik sisteminin süqutunun əyani təsdiqi olmuşdur. Digər tərəfdən, 14 mart 2008-ci ildə birmənalı olaraq ölkəmizin suverenliyi və ərazı bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulayan BMT-nin Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” 62/243 saylı qətnaməsiənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin əleyhinə səs vermişlər.

Yaranmış vəziyyətdə beynəlxalq hüquq yalnız hərbi yolla döyüş meydanında təmin edilə bilərdi. 44 günlük Vətən müharibəsi və lokal anti-terror əməliyyatı nəticəsində BMT-nin Nizamnaməsinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edildi. Faktiki olaraq Azərbaycan öz gücünə beynəlxalq qurumların hüquqi sənədlərini icra etdi. 

Baş verənlər bir daha sübut edir ki, davamlı sülhün, əminamanlığın təmin edilməsi üçün beynəlxalq təhlükəsizlik sistemində fundamental islahatlar aparılmalıdır və regional münaqişələrin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səyləri əhəmiyyətli dərəcədə artırılmalıdır.

Nizami Səfərov, Milli Məclisin deputatı

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button