Ölkə

“Friends”in ulduzundan ÜZÜCÜ XƏBƏR

1994-2004-cü illərdə NBC kanalında yayımlanan məşhur “Friends” (Dostlar) serialının ulduzu Mett LeBlanın son görüntüsü pərəstişkarlarını narahat edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, serialda “Joey” obrazını canlandıran 57 yaşlı aktyor bu ayın əvvəlində Los-Ancelesdə görüntülənib.

Onun tanınmaz halda göründüyü bildirilib. Həmçinin aktyorun son vaxtlar özünə qapandığı və ondan tez-tez xəbər alınmadığı da deyilir.

Məlumata görə, o, eyni serialda rol aldığı həmkarı Metyu Perrinin faciəli şəkildə ölümündən sonra ictimaiyyət arasına çıxmayıb.

“In Touch Weekly” nəşrinə danışan mənbə bildirib ki, aktyorun həmkarları bu durumdan çox narahatdırlar: “Əvvəllər çox şən, xoşbəxt bir insan idi, amma indi elə bil onların yanında olmağa layiq hiss etmir. Aydındır ki, onun özünə inamı zədələnib və siz onun fiziki olaraq da zəiflədiyini görə bilərsiniz. Son faciə onlara həyatın nə qədər qısa və qiymətli olduğunu öyrətdi”.

Xatırladaq ki, Metyu Perri ötən ilin oktyabr ayında evində ölü tapılmışdı. Onun ölüm səbəbinin yüksək dozada narkotik maddə qəbulu olduğu bildirilmişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button