Ölkə

Asiya İnfrastruktur İnvestisiya Bankının illik toplantısının açılış mərasimi başlayıb

Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) İdarə Heyəti Şurasının illik toplantısının açılış mərasimi keçirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, bankın Mərkəzi Asiyada təşkil etdiyi ilk tədbirdir.

İllik toplantının mövzusu “Hər kəs üçün dayanıqlı infrastrukturu yaratmaq”dır.

Açılış mərasimi İdarə Heyətinin 9-cu illik iclasının başlanğıcını göstərir. Bankın Şura üzvləri, Özbəkistan Respublikasının prezidenti və AİİB-nin prezidenti açılış nitqləri ilə çıxış edəcəklər.

Qeyd edək ki, tədbir 2024-cü il 25-26 sentyabr tarixlərində keçiriləcək. 2 gün ərzində infrastruktur maliyyələşdirilməsi, iqlim dəyişikliyinə dayanıqlılıq və davamlı inkişaf, eləcə də, infrastruktur layihələrinin rəqəmsal transformasiyasına həsr olunmuş 25-dən çox panel müzakirəsi keçiriləcək.

AİİB – Asiyada və onun hüdudlarından kənarda insanların sosial və iqtisadi rifahının yaxşılaşdırılması üçün davamlı, ekoloji və texnoloji infrastrukturun maliyyələşdirilməsi ilə məşğul olan Çoxtərəfli İnkişaf Bankıdır.

Mərkəzi Asiyada AİİB regional əlaqələrin inkişafında, enerji və su resurslarının idarə edilməsinin yaxşılaşdırılmasında və iqtisadi artımın stimullaşdırılmasında mühüm rol oynayır ki, bu da onun gələcəyin infrastruktur maliyyələşdirməsi vizyonuna uyğundur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button