Ölkə

Zakir Həsənov “ADEX”də – VİDEO

Sentyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Bakı Ekspo Mərkəzində keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən stendlərlə tanış olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Mİlli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlərin iştirak etdiyi sərgidə təqdim edilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı müdafiə nazirinə ətraflı məlumat verilib.

Sərgi çərçivəsində, həmçinin general-polkovnik Z.Həsənov Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.

Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button