Danışıqlarımız substantiv olub – Şarl Mişel
Danışıqlarımız substantiv olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.
O, Vaşinqton və Brüsseldə keçirilən sammit görüşlərinin səmərəli xarakterini qeyd edib.
“Biz ən çətin mərhələlərdən birini yaşayırıq. Mən iki liderə sülh prosesinə sadiq olduğuna görə təşəkkür edirəm və onları normallaşma istiqamətində irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırıram”, – deyə Mişel bildirib.
O, siyasi müzakirələrdə və səylərdə mühüm təkan olduğunu qeyd edib.
“Biz gündəlikdəki bütün məsələləri, suverenlik və ərazi bütövlüyünü müzakirə etdik”, – deyə Mişel əlavə edib.
Milli.Az