Ölkə

“Avroviziya” üçün 154 mahnı göndərilib

Artıq bir neçə gündür “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu günə qədər müsabiqə üçün 154 mahnı göndərilib. Bu haqda İctimai TV məlumat yayıb.

“Bu il “Avroviziya 2025″ mahnı müsabiqəsində iştirak şansı üçün 154 mahnı müraciəti qeydə alınıb. Sevindirici haldır ki, ötən il ilə müqayisədə yerli musiqiçilərin müraciət nisbəti 43 faizdən 49 faizə yüksəlib. Hazırda mahnılar ələnmə mərhələsindədir” deyə, məlumatda qeyd edilib. 

Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda keçiriləcək. Biletlər ilin sonunda satışa çıxarılacaq. 

Bu il yarışmanın qalibi “The Code” mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button