Ölkə

Abbas 51 gündə 51 kiloqram necə arıqlayıb?

“51 gündə 51 kiloqram çəki atdım. Elə bir ana gəldim çıxdım ki, dedim tez arıqlayacağam”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov “İncə səhər” verilişində deyib. Müğənni arıqlamağının sirrini bölüşüb:

“Aclığa dözümüm var. Aralıqlı ac qalmanı etdim. Amma etmədən öncə araşdırdım. Ondan əvvəl 10-15 gün ət yeməməlisən: toyuq, quzu, balıq yeməməlisən. Ancaq tərəvəzdən istifadə etməlisən. 10 gündən sonra birinci gün 18, ikinci 24, üçüncü 36, dördüncü gün 46 saat ac qaldım. Amma hər 15-20 dəqiqədən bir ilıq su içirdim. İdmanım hər gün olmalıydı. 30 saatdan sonra təkcə orqanizm yox, beyin belə təmizlənir. İndi də ayda iki-üç dəfə bunu edirəm. Şəkərdən başqa hər şey yeyirəm. Evdə nə bişirsə, dadına baxıram. Anam tort bişirmişdi, 10 gün onu yedim. Şəkər insanın dərisini çürüdür”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button