Ölkə
Yalçın Camalov agentliyə sədr təyin edildi
Yalçın Camalov Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə sədr təyin edilib.
Milli.Az Report-a istinadən xəbər verir ki, o, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.
Qeyd edək ki, Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun