Siyasət
Azərbaycan və Ermənistan bununla bağlı razılığa gəliblər
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların işini aktivləşdirmək barədə razılığa gəliblər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.
“Tərəflər son iki ayda nəqliyyatın açılmas ilə bağlı irəliləyiş əldə ediblər. Biz gələcək nəqliyyat müqavilələrinin şərtlərini müzakirə etdik.
Mövcud vəziyyət açıq-aydın qeyri-sabitdir və heç kimə sərfəli deyil. Vəziyyətin normallaşmasına kömək etmək üçün mümkün konkret addımları da müzakirə etdik”, – Mişel bildirib.
Milli.Az