Ölkə

O filmdə tütək erməni aləti kimi təqdim edilib

“Bayaq bir film izlədim 2022-ci ildə çəkilib. İtalyan filmidir, adı: “Allahın rəsmini çəkən adam”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Film real hadisələr əsasında çəkilib. Filmdə dünyaca məşhur aktyor Kevin Speysi də rol alıb. Diqqətimi əsas çəkən məqam kor olan baş qəhrəman 1 saat 50 dəqiqəlik filmdə ara-ara tütək çalır və filmin sonuna kimi bunu edir. Onun evində qalan afrikalı balaca qız soruşanda ki, bu nədir? Sən hansı alətdə ifa edirsən?Cavab verir ki, bu alətin adı düdükdür və bu qədim erməni musiqi alətidir”. 

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri aparıcı Samir Bayramlı sosial şəbəkə hesabında yazıb. 

Televiziya ulduzu bildirib ki, milli PR bütün dünyada yetərincə aparılmır: 

“Əslində, o musiqi aləti tütəkdir və qədim Azərbaycan musiqi alətidir. Nəzərə alsaq ki, film bütün dünyada milyonlarla insana çatıb, hər yerdə izlənilib, izlənəcək də və bu tarixdə də qalacaq, deməli, biz belə kiçik görünən və əslində isə bütün dünyada çox böyük anlamı olan milli PR-larda çox geridəyik. Təəssüf ki, bir çox hallarda bizim olanı elə bizim tanıtmaq metodumuz çox yanlışdır”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button