Ölkə
Antalyada termometrlər 46 dərəcəyə yüksəldi
Turizm şəhəri Antalyada həftənin əvvəlindən isti havaların təsiri artmağa başlayıb. Şəhərdəki termometrlər 46 dərəcəyədək yüksəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dözülməz istilərdən küçələrdə və çimərliklərdə sıxlıq azalıb. Vətəndaşlar günəşdən qorunmaq üçün çətirlərdən istifadə ediblər.
Konyaaltıda Böyükşəhər Bələdiyyəsi saatının üzərindəki reklam lövhəsində termometr 46-nı göstərdi.
Milli.Az