Ölkə

Həbsdə olan Teylor Fətişoğlunun oğlu da saxlanıldı

Hazırda həbsdə olan Teylor İbrahimovun (Fətişoğlu) oğlu Ayxan İbrahimli həbs edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, A.İbrahimli ötən gecə paytaxtın Xətai rayonu ərazisində Bilal Əzizov adlı şəxsi bıçaqlamaqda şübhəli bilinir.

İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verib. O, tanışına bıçaqla 2 zərbə endirib. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. A.İbrahimli saxlanılıb.

Xatırladaq ki, sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi kimi işləmiş Teylor Fətişoğlu ötən il həbs edilib. Əvvəllər də məhkumluğu olan jurnalist dələduzluqda təqsirli bilinib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button