Rəsmilər Zəfər parkında – Fotolar
27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki,Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun