Ölkə

YARAT həyəcanla gözlənilən Muzey Gecəsi 2024-ü elan edir!

YARAT Müasir İncəsənət Məkanı, 12 oktyabr tarixində baş tutacaq Muzey Gecəsi ilə iştirakçıları özümüz və başqaları ilə necə ünsiyyət qurduğumuzu daha dərindən araşdırmağa dəvət edir. Əvvəlki buraxılışlarda daxili dünyamızı anlamaq və ətrafımızı qəbul etmək mövzularından ilham alan builki tədbir də fikirlərimizi, hisslərimizi və çətinliklərimizi müxtəlif ünsiyyət formaları vasitəsilə necə ifadə etdiyimizə vurğu edəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

YARAT Mərkəzi, 1-ci mərtəbə, sərgi məkanı

İlhamə Babayevanın səs terapiyası

İlhamə Babayevanın rəhbərliyi ilə keçiriləcək seminarımız:

• Səs terapiyası və oxuyankasalar haqqında mühazirə

• Səs terapiya seansı

• Vokal yoqa

• “Sual-cavab”

• Mantra ifası

Seminar iştirakçıları səslə meditativ vəziyyətə çatmağı, sıxılmış duyğuları azad etməyi və sağlam kommunikasiyanınecə qurmağı öyrənəcəklər.

18:00 – 20:00

Yaş məhdudiyyəti: 18+

İştirakçı limiti: 70

YARAT Mərkəzi, 2-ci mərtəbə, MFZ

Saint Twins Detective

İntellektual oyun: “Döngədəki yaradıcı”

“St. Twins” detektiv oyunu sizə film-nuar üsulunda həyəcan dolu bir macəra yaşadacaq. Məhdud zaman ərzində müəmmalı bir cinayət işini həll etməlisiniz. İş materialları, polis hesabatları, qəzet məqalələri və şahid ifadələri ilə sübutları toplayaraq cinayətkar(lar)ı yaxalayın. Özünüzü ötən əsrin 50-ci illərin Amerikasında dark-cazı ab-havasında və yağışlı küçələrində əsl detektiv kimi hiss edin!

18:00 – 22:00

Yaş məhdudiyyəti: 18+

İştirakçı limiti: 85

Dil: Rus

Teatr O2

Performans: “5”

Beş hissədən ibarət bu performans, kommunikasiya çətinliklərini və canlı ünsiyyət ehtiyacını araşdırır.

Performans iştirakçıların əməkdaşlığı ilə problemləri göstərir və sosial şəbəkələrin məhdudiyyətlərini vurğulayır.

22:30 – 23:30

Yaş məhdudiyyəti: 18+

İştirakçı limiti: 150

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, 1-ci mərtəbə, sərgi məkanı

Leyla Qabulovanın ustad dərsi: “Danışılmamış hekayətlər”

Ustad dərsi iştirakçıları fərdi təcrübə və qavrayışın subyektivliyini araşdırmağa dəvət edir.

İştirakçılar cütlüklər halında işləyərək, onlara təqdim edilən emosiyaları öz baxışlarına uyğun təsvir edəcəklər. Daha sonra onlar bu əsərləri bir-birləri ilə bölüşərək, eyni duyğuların fərqli qavranmasını müzakirə edəcəklər. Bu proses qarşılıqlı anlaşmanı və başqalarını daha yaxşı qəbul etməyi təşviq edəcək.

21:30 – 23:30

Yaş məhdudiyyəti: 18+

İştirakçı limiti: 30

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, 2-ci mərtəbə

DEWAR, Şəhriyar İmanov, Pünhan Əzim, Rəşad Rəyyan

Performans: “XİTAB”

Bu tədbir iştirakçılara DEWAR-ın elektron musiqisi, Şəhriyar İmanovun tar ifası və Pünhan Əzim ilə Rəşad Rəyyanın təqdim etdiyi qəzəllərin dərin emosiyaları vasitəsilə sənət ünsiyyətin ən saf formasını hiss etmə imkanı yaradacaq.

20:00 – 21:00

Yaş məhdudiyyəti: 18+

İştirakçı limiti: 300

Bakı Bulvarı (“Suraxanı” gəmi-muzeyinin yanı)

Canlı çıxış: Okaber

Ön səhnə: Neocortex

Tamaşaçılar ritmik və emosional ifadələrin gücünü hiss edərək, müasir poeziya sənətinin dinamikasınaqərq olunacaqlar.

Bu unikal tədbir, rep musiqisinin ünsiyyətə necə təsir etdiyini və emosional ifadəni necə formalaşdırdığını nümayiş etdirəcək.

00:00 – 01:05

Yaş məhdudiyyəti: 18+

İştirakçı limiti: 600

Tədbir bir sıra tərəfdaşların – Bakı Bulvar İdarəsi, iTicket platforması, Meatadore və United Coffee Beans-in dəstəyi ilə həyata keçirilir.

Tədbirlərə giriş ödənişsizdir.

Qeydiyyat iTicket vasitəsilə aparılır.

Əlavə məlumat üçün: 050 246 92 92

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button