Ölkə

62 yaşlı kişi dələduzluğa görə TUTULDU

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 62 yaşlı Tahir Qurbanov saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, o, vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadaraq onların 36 min manat pulunu ələ keçirib.

Saxlanılan şəxs zərərçəkmişlərə özünü hüquq müdafiəçisi kimi təqdim edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Onun qanunsuz əməllərindən zərər görən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button