Ölkə

Dayanma və durmanı qadağan edən nişan olmayan ərazidə cərimə yazıla bilər? – AÇIQLAMA

Yolda dayanma və durmanı qadağan edən nişan yoxdur, amma avtomobil sahiblərinə buna görə cərimə yazılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Məsələ ilə bağlı paytaxtın Səbail rayonu, M.Müşviq küçəsi, 4B ünvanında yaşayan sakinlər iddia edirlər.

Sakinlərin sözlərinə görə, bir neçə ildir ki, avtomobillərini binanın yaxınlığındakı küçədə park ediblər. Son bir neçə aydır, onlara dayanma və durma qaydasını pozduqları əsas göstərilərək cərimə yazılıb.

Sakinlər deyiblər ki, dəfələrlə bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə müraciət ediblər. Hətta təklif də veriblər.

Sakinlərin üzləşdiyi problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirilib ki, günün pik saatlarında həmin ərazidə tıxac yarandığından avtomobillərin park edilməsi qadağan olunub.

Yol yeni təmir olunub və yaxın günlərdə orada yenidən cizgi və nişanlama xətləri çəkilərkən bütün lazımi yol nişanları da qoyulacaq.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button