Ölkə

Bir başıpozuq qadın “TikTok”a yekə sifətini oyurdub…

“Millətin hərbçilərinin əsas vəzifəsi Vətən torpaqlarının bircə qarışını belə düşmənə təslim etməməkdir. Millətin polisinin əsas vəzifəsi küçələrdə cinayətkar qrupların at oynatmasının qarşısını almaqdır. Millətin müəlliminin əsas vəzifəsi məktəbi faydalı və bilgili vətəndaş yetişdirmə mühitinə çevirməkdir. Millətin aydının əsas vəzifəsi isə düşüncə həyatını şarlatanların, qaragüruhçuların, axmaqların yönləndirməsinə imkan tanımamaqdır”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qlobal.net-ə istinadla xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb. 

Deputat qeyd edib ki, düşüncə həyatımızı qorumaq da Vətənin sərhədini qorumaq qədər müqəddəs bir işdir: “Düşüncə həyatımızın həyat mənbəyi olan taxıl zəmisinə gör bir nə qədər çəyirtkə sürüsü daraşıb. Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar. Bir fikir yazırsan, bu adamların axmaqlığını üzə çıxarırsan, bir binamusu xarici ölkədə yaşamağın avantajına arxayın şəkildə youtubeyə çıxıb ailəsinin həzz mənbəyi olan söyüşlə hücum edir, bir başıpozuq qadın tik-toka yekə sifətini oyurdub əxlaq dərsi keçir, başqa birisi də özünün axmaq obrazındakı “x” səsini xalq kimi tələffüz edib xalq adına şüvən qoparır.  

Bu məmləkətdə sağlam düşüncəli, hər şeyi ağlın süzgəcindən keçirərək anlamağa və anlatmağa çalışan insanların say və təsir nisbəti çoxalmadıqca, düşüncə həyatımızı bu çəyirtkə sürüsünün istəyi üzərində qurmaqdan başqa yol qalmayacaq. Qaragürühun, nadanların qarşısından qorxub qaçmaq, meydanı sosial şəbəkədə onlara buraxmaq gələcəyimiz üçün çox ağır nəticələr ortaya qoyacaq”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button