Ölkə

Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşdı – sürücü yanaraq öldü – YENİLƏNİB

14:17

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ucar rayonunda qəzaya uğrayan yanadaşıyan maşının sürücüsü yanaraq ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, sürücünün ölümünü əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyiblər.

Qeyd olunub ki, maşının qəzaya uğraması nəticəsində çıxan yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb.

———-

14:05

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

———–

13:33

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hadisə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button