Ölkə

“Şerlok Holms” infarkt keçirdi – FOTO

Artur Konan Doylun əsərləri əsasında rejissor İqor Maslennikovun çəkdiyi “Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri” serialında “Şerlok Holms” obrazı ilə tanınan aktyor və rejissor Vasili Livanov infarkt keçirərək xəstəxanaya aparılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Bildirilib ki, 89 yaşlı aktyorun vəziyyəti ağırdır. O, əməliyyat edilib.

Qeyd edək ki, Livanov bu ilin aprelində də xəstəxanaya yerləşdirilmişdi.

O, Vladimir Bortkonun “Ustad və Marqarita” serialındakı “Doktor Stravinski” rolu ilə də tanınır. Aktyor məşhur sovet cizgi seriallarında “Timsah Gena” və “Karlson”u səsləndirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button