Ölkə

Qadını guya üzgərdirmə etdirib, çinliyə oxşadıb

Aparıcı Xoşqədəm Hidayətqızı plastik cərrahları tənqdi edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı “Səni axtarıram” proqramına gələn və uğursuz bədənşəkilləndirmə əməliyyatı üçün 4500 manat ödəyən qızın dediklərinə münasibət bildirib. 

“Bu həkim sənin bədənini şəkilləndirib beləsən, etməsə necə olardı” deyən aparıcı xanımlara səslənib:

“Burada kiminsə əleyhinə danışanda da reklam edirəm. Bu nədir? Belə əməliyyat olar? Qız elə bil döyüşdən çıxıb. Biabırçılıqdır. Yaranın içindədir qadın. Belə həkimləri efirə çıxartmaq lazımdır. Xüsusən də plastik cərrahlar oradan, buradan foto tapıb paylaşırlar ki, sizi əməliyyat edim. Sonra da qadınları pis günə qoyurlar. Zəng etdik, həkim ortada yoxdur. Xüsusilə də plastik-cərrah adıyla nələr edirlər. Azərbaycanda bir həkim rəfiqəmə əməliyyat edib və çinlilərə oxşayır. Almaniyada rəfiqəmi görəndə tanımadım. Qadını guya üzgərdirmə etdirib, amma koreyalı, çinliyə oxşadım. Qadın depressiyadadır, nə toya, nə bir yerə gedir. Plastik-cərrah adı ilə insanları şikəst edənləri rəzil, rüsvay etmək lazımdır”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button