Ölkə

“Kupça”sız evlərin problemi tarixə qovuşur?

Azərbaycanda çıxarışı olmayan fərdi evlərin sayı yüzminlərlədir. Problemin səbəblərindən biri də belə evlərin yaşayış məntəqəsi yox, digər təyinatlı torpaqlarda tikilməsidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nəticədə bu amil həmin ərazilərdə tikilən evlərin sənədləşdirilməsində problemə çevrilir.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 28-də imzaladığı fərmanla “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiq edib.

Belə olan halda, adıçəkilən qayda bu məsələnin həllinə imkan verəcək?

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev Baku TV-yə bildirib ki, yeni dəyişikliklə yaxın zamanda bu tipli əmlakların çıxarışlarının verilməsi mümkün olacaq.

“Sözügedən evlərlə bağlı müxtəlif sərəncam və fərmanlar olsa da, uzun illərdir prosesin həyata keçirilməməsinin əsas səbəbi torpaq sahələrinin təyinatının dəyişdirilməsi haqqında qərarın olmaması idi”, – deyə ekspert əlavə edib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button