Ölkə

Batan şəxs xilas edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ən yaxın xilasetmə məntəqəsindən 600 metr aralı, nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nazirlikdən Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1987-ci il təvəllüdlü Əsgərov Samir Aslan oğlu dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button