Ölkə

Bu qadını görənlərdən dərhal polisə zəng etmələri xahiş olunur

Paytaxtın Xəzər rayonunda 37 yaşlı qadın itkin düşüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Daxili İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, 1986-cı il təvəllüdlü Musayeva Pərvanə Qadir qızının itkin düşməsi barədə onun yaxınları tərəfindən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edilib.

Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160 sm, saçlarının və gözlərinin rəngi qaradır. Ruhi əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxaraq itkin düşüb.

Onu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Xəzər Rayon İdarəsinin 3-cü Polis Şöbəsinin 012-590-72-03, 055-207-08-88, 070-270-70-42 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button