Ölkə

Bakı metrosunda növbəti faciə – Yenilənib

20:37

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.

Bu barədə Milli.Az-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edək ki, bu gün saat 19:00 radələrində “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb. Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub.

——–

20:14

Xəbərə video əlavə olunub

———-

19:34

Metronun “Ulduz” stansiyasında sərnişin qatar yoluna düşüb.

Milli.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.

“19:00 radələrində “Ulduz” stansiyasında sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub “, – deyə o bildirib.

————

19:17

Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

Milli.Az bakutvxeber-ə istinadla bildirir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button