Ölkə

14 il əvvəl verdiyi borcu geri almaq üçün ağlasığmaz yola əl atdı

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elgün Ocaqverdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az pravda.az-a istinadən bildirir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Elgün Ocaqverdiyev hədə-qorxu ilə tələb etmə ilə yanaşı, soyğunçuluqda və qanunsuz soyuq silah saxlamaqda ittiham edilib.

Ona hədə-qorxu ilə tələb etmə ittihamı ona görə verilib ki, Elgün tanışı Qulam Ağayevin (şərti) keçmiş kürəkəni Valeh Quliyevə (şərti) 14 il əvvəl borc verdiyi, hələ də ala bilmədiyi 30 min dollar pulu öz bildiyi formada geri qaytaracağına söz verib. Pulu ala biləcəyi halda ona “hörmət” ediləcəkmiş.

İstintaq materiallarında yazılıb ki, Elgün hədə-qorxu gəlmək üçün V.Quliyevin yaşadığı evin qarşısına gələrək içərisində 1 ədəd təlim əl-qumbarası və 1 ədəd saplağı qırılmış qərənfil gülü olan bağlamanı qapının ağzına qoyub. Evdən uzaqlaşdıqdan sonra isə V.Quliyevə zəng edib, keçmiş kürəkənə borcunu qaytarmayacağı halda ailə üzvlərinin həyatına son qoyacağını deyib. Xəbərdarlıq edib ki, bundan nəticə çıxarmasa, yaxın vaxtlarda evinə daha bir təhlükəli bağlama göndərəcək.

Elgün Ocaqverdiyev saxlanıldıqdan sonra onun başqa bir şəxsə qarşı soyğunçuluq etdiyi də məlum olub. Həmin əmələ görə də ona əlavə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə Elgün Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button