Ölkə

ADY yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sənədlərin qeydiyyatı və rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə optimallaşdıran elektron iş icazəsi (naryad) sistemini istifadəyə verib. Bu yenilik sayəsində məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artıb, xətaların sayı azalıb və sənədlərlə işi sürətləndirmişdir”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ADY-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib.

O qeyd edib ki, bu alət iş prosesinin sadələşdirilməsində və müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında effektiv olduğunu sübut edib:

“Yeni tətbiq olunmuş rəqəmsal naryad sistemi ADY-də saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldır. “ADY SMART” sistemində “Yük Əməliyyatları Xidməti” modulunda təqdim olunan bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etməyə, yük qaimələrini elektron şəkildə hazırlamağa, emal və maliyyə sənədlərini sürətlə qəbul etməyə, eləcə də sistem tərəfindən avtomatik hazırlanmış xidmət təriflərini əldə etməyə imkan verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinetlərində naryadın ayrılma prosesinin bütün mərhələlərini və statuslarını izləyə bilərlər”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button