İqtisadiyyat

Son 20 ildə özəl sektorun ÜDM-də payı 83 faiz artıb

Son 20 ildə özəl sektorun ÜDM-də payı 83 faiz artıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Bakıda keçirilən 35-ci iclasında deyib.

S.Məmmədov bildirib ki, investisiyaların ölkəyə axını üçün əlverişli mühit yaradılıb. Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı bir çox nailiyyətlərə imza atılacaq.

Nazir müavini qeyd edib ki, ölkədə sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi üçün kifayət qədər əlverişli mexanizmlər var.

“Son 20 ildə özəl sektorun ÜDM-də payı 83 faiz təşkil edir. İqtisadi sahədə Azərbaycanın çox nailiyyətləri var. Biz də biznes mühitin genişləndirilməsi sahəsində səylərimizi əsirgəmirik”, – deyə vurğulayıb.

Nazir müavini qeyd edib ki, ötən illərdə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv olan ölkələrlə münasibətlərimiz daha da möhkəmlənib: “Müsəlman ölkələrinin potensialıni nəzərə alsaq, bu əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. Ümumiyyətlə, müsəlman ölkələrinin Azərbaycana marağı artır”, – deyə S.Məmmədov əlavə edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button