Ölkə

Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı

Lənkəran rayonunda kəndlərin birində maraqlı hadisə yaşanıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, həmin kənddə mağazadan “nisiyə” məhsul götürən sakinlərin 11 min manatdan çox borcu bağlanıb.

Bu da kənd sakinlərinin sevincinə və heyrətinə səbəb olub. 

Sakinlər xeyirxah insanın kimliyini mağaza sahibindən soruşublar. Lakin mağaza sahibi də onun kim olduğunu bilmədiyini deyib. Sahibkar bildirib ki, mağazaya bir nəfər daxil olaraq kənd sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Həmin şəxs borc dəftərini hesablatdırdıqdan sonra həmin vəsaiti ödəyib və mağazanı tərk edib.

Qeyd edək ki, hadisə bir neçə ay əvvəl baş verib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button