Ölkə

“Burada mənim övladımın həyatıyla oynayırlar”

Bir ay əvvəl Goranboy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi açılsa da pasiyentlər oradakı aparatların köhnə olmasından şikayətçidirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Milli.Az” “İTV”yə istinadən xəbər verir ki, xəstələr köhnə və istifadəyə yararsız cihazların olduğunu, bu cihazların da onların sağlamlığına ciddi təsir göstərdiklərini bildirib.

“Aparatların hamısı köhnədi. Hemodializ şöbəsi yeni açılıbsa, hanı təzə aparatlar? Burada mənim övladımın həyatıyla oynayırlar. Aparatların batareyaları olmalıdır ki, onlar enerji saxlasın. İşçilər də təzə olduğu üçün təcrübəsizdilər deyə qanı bədənimizə qaytara bilmirlər”.

İddialara xəstəxananın şöbə müdiri Şəhruzə Rüstəmova cavab verib. Onun sözlərinə görə, hazırda tibb ocağında 10 ədəd yeni və işlək aparat var:

“Hansısa texniki nasazlıq olduğu zaman problem aradan qaldırılır. Xəstələrin dializə açılıb bağlanmasında problem yaranmır”. 

Ətraflı videomaterialda:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button