Ölkə

Baş Narkotiklərlə Mübarizə İdarəsindən ƏMƏLİYYAT: Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi, həmçinin İmişli rayonları ərazisində keçirilən növbəti əməliyyatlar zamanı 1997-ci il təvəllüdlü İzzət Əliyev və 1981-ci il təvəllüdlü Rəşad Ağayev saxlanılıblar.

Onlardan ümumilikdə 28 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Saxlanılan şəxslər şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İzzət Əliyev və Rəşad Ağayevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button