İdman

Lamiyədən dünya çempionatında daha bir qızıl

Azərbaycan idmançısı Lamiyə Vəliyeva Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, təmsilçimiz 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək birincilik qazanıb.

Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub.

Qeyd edək ki, bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button