Ölkə

Həmkarlarından Zülfiyyəyə doğum günü sürprizi

Ötən gün Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günü idi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən xəbər verir ki, “Səs Azərbaycan” müsabiqəsininin münsiflərindən biri olan sənətçiyə digər münsif həmkarları Xalq artisti Röya Ayxan, Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən Eldar Qasımov və bəstəkar – müğənni Murad Arif sürpriz hazırlayıblar.

Onlar şounun keçirildiyi məkanın kulisində bir araya gələrək Xanbabayevanı ad günü münasibəti ilə təbrik ediblər.

Zülfiyyə həmkarlarına təşəkkürünü bildirib və onun üçün hazırlanan tortun üzərində olan tacı başına qoyub. Daha sonra sənətçilər oxuyaraq şirniyyatdan dadıblar.

Həmin anları isə Eldar Qasımov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button