Ölkə

Astarada nə baş verir? – İnsanlar çarəsiz vəziyyətdə…

Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Astarada bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb. Nəticədə meyvə ağaclarında xəstəlik yayılıb.  

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, astaralı fermerlər ziyanvericiləri bitkilər üçün ən təhlükəli həşəratlardan hesab edirlər. Bu həşəratlar ağacın yarpaqlarının və təzə pöhrələrin üzərində oturur, yarpağın üz şirələrini sovuraraq  qurumasına səbəb olur.  

Fermerlərin digər bir şikayəti isə dərmanların keyfiyyəti ilə bağlıdır. Belə ki, bağlarda yaranan xəstəliklərə görə bazarlarda saxta dərman peraparatları da artıb.

Bioloq Yunus Qulamov bağlarda yaranan xəstəliklərin fəsadlarından danışıb. O bildirib ki, yayılan xəstəlik meyvənin üst qatını zədələyir və onun çürüməsinə səbəb olur. Həmçinin xəstəlik səbəbindən meyvənin keyfiyyəti düşür.

Problemlə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin direktoru Etibar Abbasov  bildirdi ki, rayonun Şiyəkəran kəndində sitrus bağlarında müşahidə olunan zərərvericilər  yastıcalardır. Zərərvericilər sitrus bağlarına dərmanlama işləri vaxtında və düzgün aparılmadığı üçün yayılıb və ağaclara ziyan vurub. 

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button