Ölkə

“Canıyev cinayət dəstəsi”nin rəhbəri SAXLANILDI

İnterpol tərəfindən axtarışda olan “Kölgə” ləqəbli Quram Çixladze İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən Küçükçekmecedə keçirilən əməliyyat nəticəsində yaxalanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Unikal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb. 

Çixladzenin Beşiktaşda silahlı basqın nəticəsində öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərlik etdiyi “Canıyev cinayət dəstəsi” kimi tanınan qruplaşmanın rəhbərlərindən biri olduğu müəyyən edilib.

Gürcüstan əsili “qanuni oğru”nun Rusiyada bir çox qətl cinayətlərinin icraçısı olduğu üçün İnterpol vasitəsilə Rusiya səlahiyyətliləri tərəfindən həbs qərarı çıxarıldığı öyrənilib. Quram Çixladze polis bölməsindəki prosedurlardan sonra təhvil verildiyi məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button