Ölkə

Vəndam qəsəbəsində elektrik xətləri təhlükə mənbəyinə çevrilib

Qəbələnin Vəndam qəsəbəsində elektrik xətləri yararsız vəziyyətdə olduğundan 200-dən çox ailəni elektirik enerjisi ilə tam təmin edə bilmir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyir ki, elektrik avadanlıqlarından da istifadə edə bilmirlər.

Hətta işıq dirəklərinin bəzilərinin sıradan çıxması da  təhlükə mənbəyidir.

Qəbələ Elektrik şəbəkəsinin mühəndisi Gümrah Aydəmirov “Xəzər Xəbər”ə bildirdi ki, qəsəbənin 80 faizi, yəni 2700 dən çox abonentin yaşadığı ərazidə yenidənqurma işləri başa çatıb. Sözügedən ərazi qəsəbənin ən son yaşayış məntəqəsidir ki, hazırda orada iş davam edir. Təkcə son həftədə 40-dan çox dirək basdırılıb.

“Ərazidə gərginliyin normalaşdırılması üçün transformatorun da qoyulması nəzərdə tutulub”,- deyə Qəbələ Elektrik şəbəkəsinin mühəndisi vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button