Ölkə

COP29-a hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunda media-tur təşkil olunub

COP29-a hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunda media-tur təşkil olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, media-tur zamanı Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov jurnalistlərə bildirib ki, digər zallarla yanaşı, stadionda 1 600 və 1 300 yerlik iki böyük zal olacaq.

Onun sözlərinə görə, ən böyük zallardan biri “Nizami” zalıdır.

A.Ələkbərov qeyd edib ki, noyabrın 11-də böyük zalda tədbirin açılışı olacaq, daha sonra isə liderlərin zirvə görüşü baş tutacaq.

O əlavə edib ki, əsas tədbirlər də bu zallarda keçiriləcək.

Media nümayəndələri ərazidə yaradılan infrastruktur və obyektlər, iştirakçıların qeydiyyat prosesi və digər istiqamətlərdə görülən işlərlə yaxından tanış olublar.

COP29-un “Yaşıl” və “Mavi” zonalarında görülmüş işlər barədə ətraflı məlumat verilib.

COP29 Məkanının idarə olunması departamentinin direktoru Turan Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, “Mavi Zonada” artıq yekunlaşdırma işləri görülür.

“Bu zona bir neçə hissədən ibarətdir. Bu zonada 26 görüş otağı mövcuddur, yan tədbirlər üçün isə 9 görüş otağı ayrılıb. İşitrakçılar burada öz görüşlərini həyata keçirə bilər. Onlar üçün hər bir maddi-texniki avadanlıqlar təmin edilib. Xüsusi ərazilərdən biri də pavilyonlar zonasıdır ki, orada 155 pavilyon olması planlaşdırılır”, – deyə o bildirib.

“Yaşıl Zona” barədə danışan COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova qeyd edib ki, bu zona üzrə əməliyyatlar davam etdirilir.

“Tentin ümumi ərazisi 37 500 kvadrat metrdir. Bu ərazidə pavilyonlar yerləşəcək.ə Bunlar həm yerli, xarici şirkətləri, həm də dövlət sektorlarını əhatə edəcək. Bundan əlavə 18 B2B otağı planlaşdırılır. Pavilyonlar ödənişli olacaq. “Yaşıl zona” ictimaiyyətə açıq bir ərazi olacaq. Biletlər pulsuz olacaq”, – deyə L.Mahmudova bildirib.

Media nümayəndələri həmçinin Media Mərkəzində yaradılan şəraitlə də tanış olublar.

COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov vurğulayıb ki, Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir.

“6 325 kvadratmetr ərazidə 1200 media nümayəndəsi üçün tam rahat şəkildə iş şəraitini təmin etdik. Xırda bəzi detallar qalıb ki, üzərində iş gedir. Media üçün iş otaqları ayrılıb. Televizya və radio yayımçıları üçün 300, yazılı media üçün isə 300 masa ayrılıb. Bundan əlavə “standup” mövqelər və studiolar mövcuddur. Həmin studioları rezerv etmək mümkündür. Akkreditasiya prosesi isə davam edir. Media Mərkəzinin iş saatları səhər saat 8-dən axşam saat 8-ə qədər olacaq”, – deyə P.Pirimov qeyd edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button