Ölkə

Satış müdiri faciəvi şəkildə öldü

İstanbulun Şişli şəhərində 43 yaşlı Burcu E. təmizlik işləri apararkən açdığı şkafın üstünə düşməsi nəticəsində həyatını itirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Hadisə ötən gün saat 15:00 radələrində Mithatpaşa küçəsində yerləşən binanın 2-ci mərtəbəsində baş verib.

Satış müdiri olduğu bildirilən Burcu E. (43) şkafın altını təmizləmək üçün onun yerindən tərpədib. O, içərisindəki əşyaları çıxararkən şkaf onun üstünə düşüb.

Vəziyyəti görən ailə üzvlərinin məlumatı üzərinə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib.

Həkimlər Burcu E.-nin hadisə yerində həyatını itirdiyini müəyyən edib.

Hadisə yeri araşdırma qruplarının işinin ardından Burcu E.-nin meyiti tibbi ekspertizaya göndərilib.

Əməliyyatlar başa çatdıqdan sonra meyit ailəsinə təhvil verilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button