Ölkə

“Xalxal” alternativ və bərpa olunan enerji mənbələrində istehsal gücünün 20 faizini təşkil edir

Naxçıvanda ilk dəfə 2015-ci ildə 22 meqavat gücündə “Xalxal” Günəş Elektrik Stansiyası tikilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Trend-ə Naxçıvan Günəş Stansiyalarının direktoru Fərid Səfərov deyib.

O bildirib ki, bu stansiya 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasından sonra generasiya gücünə görə Cənubi Qafqazda və ölkədə ikinci ən böyük GES-dir.

“İl ərzində burada 30 milyon kilovatt/saat enerji istehsal olunur. Bu stansiya alternativ və bərpa olunan enerji mənbələrində istehsal gücünün 20 faizini təşkil edir. 36 hektar sahədə 86383 ədəd günəş panelləri quraşdırılıb.

Hazırda Naxçıvanda 4 GES – “Xalxal” GES, “Şərur” GES, “Kəngərli” GES və “Culfa” Külək-Günəş Hibrid Elektrik Stansiyaları fəaliyyət göstərir.

Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən “Total Energies”, “Czech Engineering”, “Nobel Energy”, “Masdar”, “ACWA Power”, “China Energy”, “Notus” ilə günəş enerjisi layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir.

Bu istiqamət üzrə “Yol xəritəsi” hazırlanır. Bu enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji sektoruna yönəldilib.

Əslində, enerji nəhənglərinin Naxçıvana can atmasında bir sirr də vardır ki, burada günəşli günlərin sayı çoxdur”, – deyə o qeyd edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button