Ölkə

Tağı Əhmədovla vida mərasimi keçirilib

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov ilə vida mərasimi keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində ailəsi, dostları, ayxınları, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Mərasimdən sonra mərhumun nəşi dəfn edilmək üçün Əhmədli qəbristanlığına aparılıb.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov 75 yaşında vəfat edib.

Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

O, 1998-2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button