Ölkə

Tağı Əhmədov dəfn olundu – FOTO

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədovun dəfn mərasimi keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən xəbər verir ki, mərhum Əhmədli qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, “Bakı Metropoliteni”nin rəhbər şəxsləri, deputatlar, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Xatırladaq ki, Tağı Əhmədov dünən axşam 76 yaşında vəfat edib. Mərhumla Novxanıdakı evində vida mərasimi olub.

Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button